ABŞ gözəli intihar etdi
“Miss ABŞ-2019” gözəllik müsabiqəsinin qalibi Çesli Krist Nyu-Yorkun mərkəzində özünü hündürmərtəbəli binadan ataraq intihar edib.
Bu barədə “Minval.info” “New York Post”a istinadən xəbər verir.
Ç.Kristin cansız bədəni 60 mərtəbəli Orion binasının yaxınlığında tapılıb. Qızın özü binanın 9-cu mərtəbəsində yaşayırdı. Onu sonuncu dəfə 29-cu mərtəbənin terraslarının birində görüblər.
Mərhum vida məktubunda bütün mal-mülkünü anasına vəsiyyət edib. O, intihar səbəbini açıqlamayıb.
Məlumdur ki, Ç.Krist 2019-cu ildən ara-sıra psixoterapevt yanına gedirmiş.





XƏBƏR LENTİ
2025/11/19 14:22

