ABŞ hərbi helikopterləri Türkiyəyə təhvil verdi
ABŞ “Boeing CH 47F Chinook” tipli hərbi helikopterlərin Türkiyəyə təslimatını başa çatdırıb.
Minval.info xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyindən verilən məlumata görə dünən İzmir limanında baş tutan prosses zamanı 4 ədəd hərbi helikopter Türkiyə tərəfinə təhvil verilib.
Türkiyə müqaviləyə əsasən ümumilikdə ABŞ-dan 11 eyni tipli helikopter satın alıb. “Boeing CH 47F Chinook” tipli helikopterlər texniki üstünlükəri ilə öz sinifinin ən yaxşı hərbi helikopterləri hesab olunur.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

