ABŞ hərbi təyyarəsi qəzaya uğradı – VİDEO

ABŞ-ın Corciya ştatında yerə çırpılmış C-130 “Hercules” hərbi yük təyyarəsinin qəza anı müşahidə kamerasının obyektivinə düşüb.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, qəzanın görüntüsü “YouTube” portalında yayılıb.
Puerto Rikonun 156-saylı hərbi hissəsindən Arizonaya yollanan təyyarə Savana/ Hilton Hed aeroportu yaxınlığında yerə çırpılıb. Hadisə nəticəsində göyərtədə olan doqquz nəfər həlak olub. Bütün qurbanları Milli qvardiyanın əsgərləri olub.
Qəzanın səbəbləri hələ ki açıqlanmır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

