ABŞ ilə Türkiyə arasında gərginlik artır

ABŞ Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi almasına cavab olaraq “F-35”lərin təslimatını təxirə sala bilər.
“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Katie Veelbarger söyləyib:
“S-400” bir kompyuterdir. “F-35” də kompyuterdir. Öz kompyuterinizi düşməninkinə bağlamazsınız. Atacağınız ilkin addım budur”.
Hələki rəsmi qərar olmasa da Veelbarger, ABŞ-ın qırıcıları Türkiyəyə təslimatı üçün hazırlıqları dayandırmağı düşündüyünü bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

