ABŞ-ın hərbi helikopteri dənizə düşdü

ABŞ-ın hərbi helikopteri Kaliforniya ştatının sahilləri yaxınlığında uçuş zamanı dənizə düşüb.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, “Abraham Lincoln” atom aviadaşıyıcısının göyərtəsindən uçuş edən MH-60S helikopteri San-Diyeqo şəhərindən təxminən 110 km aralıqda dənizə düşüb.
Hadisənin səbəbi dəqiqləşdirilmir.
Hərbi Dəniz Qüvvələri ABŞ Sahil Mühafizəsi Xidməti ilə birlikdə axtarış-xilasetmə əməliyyatı aparır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

