ABŞ-ın ən bahalı mənzili satıldı: Qiyməti heyrətləndirir
ABŞ tarixində ən bahalı mənzilin sahibi amerikalı milyarder Kennet Qriffin olub. 50 yaşlı iş adamı Manhettendə dördmərtəbəli penthauslu mənzili 238 milyon dollara alıb.
Bizimyol.info xəbər verir ki, milyarderin yeni evi Nyu Yorkun düz mərkəzində yerləşir. Bütün dünyada məşhur olan mərkəzi parkın adını çəkmək yetər. Qriffini də bu amil özünə cəlb edib.
Məsələnin maraqlı tərəfi mənzilin yerləşdiyi binanın hələ tam tikilib qurtarmamasıdır. Qriffin sona qədər gözləməmək qərarına gəlib. Milyarder binanın 79-cu mərtəbəsindəki 2230 kvadrat metrlik mənzilin pulunu verib.

Kennet Qriffin / Foto: Fred Prouser/Reuters
“Forbes” jurnalının versiyasına görə, Qriffin dünyanın ən zəngin adamlarının siyahısında ilk yüzlüyə daxildir. Onun 9,9 milyard dollar sərvəti var.
XƏBƏR LENTİ
2025/11/19 14:22


