ABŞ-ın Suriyanı tərk etməsi Ərdoğanın əl-qolunu açır – “Le Figaro”
ABŞ prezidenti Donald Trampın Suriyadan çıxmaq barədə qərarından sonra Qərb mediasını əsas qayğılandıran məsələ PKK/YPG terror təşkilatının taleyi olub.
Fransanın “Le Figaro” qəzetinin Yaxın Şərq üzrə eksperti, siyasi icmalçı Jorj Malürünonun yazısında bu mövzuya toxunulub.
Jurnalistin rəyini aldığı Suriya üzrə mütəxəssis Fabris Balanşın fikrincə, ABŞ bununla bağlı qərarı məhz Türkiyə tərəfinin təzyiqi ilə təcili surətdə alıb.
“Aydın məsələdir ki, Ərdoğan kürdlərə hücum etmək istəyib. O, buna görə Qərbdə neçə adamın başını xarab edib. Türkiyə tərəfinin təzyiqi çox güclü olub. Donald Tramp keçən həftə Ərdoğana telefon edərək ABŞ-ın Suriyanın şərqində, İraqla sərhəddə İŞİD-in əlindəki 3 kəndi bombaladıqdan sonra gedəcəyini bildirib”,-deyə Balanş bildirib.
Müəllif hələ keçən həftənin birinci günü ABŞ dövlət katibinin Suriya üzrə nümayəndəsi Ceyms Cefrinin tərk etmə qərarının hələ açıqlanmazdan qabaq ABŞ-ın kürdlərə verdiyi dəstəyin taktiki və müvəqqəti olduğunu, ABŞ-ın əsas məqsədinin “rejimi deyil”, onun “davranışlarını dəyişdirmək” olduğunu dediyini xatırladıb.
Fabris Balanşın fikrincə, bütün bunlar Trampla Ərdoğan arasında bağlanan böyük sazişin tərkib hissəsindən biridir.
“Bundan başqa anlaşmanın içində rəsmi Ankaraya “Patriot” raketlərinin verilməsi də var. Bunun naminə amerikalılar kürdləri atıb gedir”,-deyə ekspert vurğulayıb.
“ABŞ-ın tərk etməsi Suiryanın Qərbin əlində qalan yeganə bölgəsi sayılan şimal-şərq hissəsində güc nisbətini də dəyişdərəcək. Zatən, bu ölkədə vətəndaş müharibəsini qalibi olan 3 dövlət Türkiyə, Rusiya və İran hökm sürür”,- deyə yazıda bildirilir.
Müəllif Jorj Malürüno kürdlərin bu məsəldə əsas uduzan tərəf olduğunu vurğulayıb.

