ABŞ-la hərbi toqquşmalarda 9 SEPAH üzvü ölüb

“Bu günə qədər Fars körfəzində ABŞ və İran arasında birbaşa hərbi əməliyyatlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 9 üzvü ölüb”.
“Minval.info” xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əli Rza Tenqsiri “Mehr” agentliyinə verdiyi müsahibəsində söyləyib.
“ABŞ və SEPAH-ın Hərbi Dəniz Qüvvələri arasında dəfələrlə birbaşa toqquşmalar baş verib. Biz 9 SEPAH üzvünün həlak olduğu bu münaqişələrin bir neçəsini mediada işıqlandırmırdıq. Biz isə cavab olaraq 9 zərbə endirdik”, – deyə Tenqsiri bildirib.
Bununla belə, general sözügedən insidentlərin nə vaxt baş verdiyi barədə detalları açıqlamayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

