ABŞ Prezidenti: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”

“Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”.
“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Qeyd edək ki, noyabrın 17-də o, ABŞ-ın dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspellə görüşəcək. Həmin görüşdə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin vəliəhd şahzadə Məhəmməd bin- Salman tərəfindən verildiyi və Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

