ABŞ Rusiyaya qarşı sanksiyanı genişləndirir
Ukrayna ətrafında baş verən hadisələrə görə, ABŞ Rusiyaya qarşı yeni sanksiyaları genişləndirir.
Minval.İnfo xəbər verir ki, bu haqda məlumat Amerikanın maliyyə nazirliyinin saytında verilib. Sayt “Surqutneftqaz” ilə əlaqəsi olan 12 şirkətin adlarını həmçinin, sanksiya siyahısına düşən Rusiya vətəndaşlarının və digər şirkətlərin siyahısını dərc edib.
Sanksiya siyahısında yer alan 21 nəfər arasında Rusiyanın energetika nazirinin müavini Andey Çerezov, yüksək rütbəli məmurlar, Rusiya diplomatları da var.
Qeyd edək ki, yanvarın 11-də ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yaxın zamanlarda Rusiyaya qarşı hazırlanıb genişləndirilən sanksiyanı dərc edəcəklərini bildirmişdilər.
Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında ABŞ Rusiyaya qarşı sanksiyalarında 33 Rusiya şirkətinin adı qeyd edilərək, ərazisindən, yerləşmə dairəsindən asılı olmayaraq Rusiyaya məxsus şirkətlər siyahıya əlavə edilmişdi.
Zeynəb
Minval.İnfo

