ABŞ Suriyada nə vaxta qədər qalacaq? – Con Bolton açıqladı
İran təhdidi tamamilə ortadan götürülməyənədək ABŞ hərbi qüvvələri Suriyada qalacaq.
Minval.info teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin məsləhətçisi Con Bolton deyib.
Bolton açıqlamasında Suriyada Bəşər Əsəd rejiminə dəstək verən İranı İŞİD terror təşkilatı ilə müqayisə edib:
“Hər ikisi dünya və bölgə üçün təhdid mənbəyidir. Buna görə də, Yaxın Şərqdə İŞİD-in regional xəlifəliyi və İran təhdidi tamamilə ortadan götürülməyənə qədər hərbi qüvvələrimizi Suriyadan geri çəkməyəcəyik. ABŞ Prezidenti Donald Tramp da, bunu qəti şəkildə bildirib”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

