ABŞ Suriyanı bombaladı, ölənlər var
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor əyalətindəki Əs Susa yaşayış məntəqəsinə zərbələr endirib.
RİA Novosti-nin məlumatına görə, nəticədə dinc əhali arasında ölən və yaralananlar var.
“Beynəlxalq koalisiyanın aviasiyası Əbu Kəmal şəhəri yaxınlığında Əs Susadan səhraya doğru qaçan bir qrup dinc sakinlərə zərbələr endirib, nəticədə xeyli sayda ölən və yaralananlar var. Sakinlər həmçinin İŞİD terrorçularının da hücumuna məruz qalıblar”. (oxu.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

