ABŞ Venesuela ilə sərhəddə kəşfiyyat əməliyyatlarını 800%-dək artırıb
ABŞ-ın radioelektron kəsfiyyat xidmətinin Venesuela ilə sərhəddə fəaliyyəti 800 faizədək artıb.
ONA-nın verdiyi xəbərə görə, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bildirib.
Onun sözlərinə görə, kəşfiyyat əməliyyatlarını ABŞ hərbi hava qüvvələri həyata keçirir. O, həmçinin dünyanın aparıcı KİV-lərini “Venesuelanın suverenliyinin pozulmasına qarşı susqunluq”da qınayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

