Azərbaycanda oğul anasını bıçaqladı
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

