Abşeronda yanğın olub – 2 otaqlı ev…
Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında lambirindən ibarət tavan 5 m² sahədə və yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

