Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü
Abşeron rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində baş verib.
2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

