Abşeronda gənc oğlan özünü körpüdən atdı
Abşeronda gənc oğlan intihara cəhd edib.
“Report”un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesində baş verib.
2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

