Abşeronda kişi dənizdə boğulub
Abşeronda 35 yaşlı kişi dənizdə boğulub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

