Abşeronda korrupsiya həbsləri – İdarə rəhbərliyi SAXLANDI
Yaxın dəqiqələrdə Abşeron rayonunda səs-küylü həbslər olub.
Şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.
XƏBƏR LENTİ
2025/11/19 14:22


