Abşeronda mağaza yanıb
Abşeron rayonunda yanğın olub.
Minval.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 16 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki mallar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

