Abşeronda polis bölməsində qumbara tapılıb – FOTO
Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.
Minval.İnfo xəbər verir ki, ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

XƏBƏR LENTİ
2025/11/19 14:22

