Adətin biznesə çevrilməsi onlara minlərlə manat qazandırır – Xatirə, Nazilə, Fatimə…

Elimin toy kimi bir adəti var, bir də hər toy üçün qalaq-qalaq pullar tökməyi…

Toy mərasiminin özünə xərclənən pullar illərdir ki, müzakirə edilir, israfçılıqdan qaçmaq tövsiyə edilsə də, hər mərasim xüsusi dəbdəbə ilə təşkil edilir.

Ancaq elə bir toyun puluna başa gələn xınayaxdı mərasimləri də qonşudan qalma dala prinsipi əsas götürülərək canfəşanlıqla qeyd olunur. Ailə qurmağa hazırlaşan qızlarımız xoşbəxtliyi öz ətrafına “Görün, necə dəbdəbəli xınayaxdı keçirtdim” mesajı verməklə gördükləri üçün, bu gün xınayaxdı mərasimi təşkil edən sənətçilər bunu gəlirli biznes sahəsinə çeviriblər.

Əvvəlcə xinayaxdı mərasiminin nəcə təşkil edildiyinə və neçəyə başa gəldiyinə nəzər salaq. Gəlinlər bu mərasimi, əsasən, bu işlə xüsusi məşğul olan studiyalara həvalə edirlər.

Həmin peşəkarlar restoranın banket zalını milli ornamentli divan, yastıq, samovar, xalça və başqa “Muhteşem Yuzyıl” aurası olan aksesuarlarla bəzədirlər. Həmçinin, gəlin də qırmızı rəngli milli geyimdə olur. Qonaqlar süfrəyə düzülmüş bir toya bəs edəcək təamlardan nuş edir, oynayır, adət-ənənəmizdən kənar türk mahnısı ilə əllərində şam gəlinin ətrafında dairə vurur, haxışda deyir, əllərində Türkiyə türkcəsində yazılmış bayağı yumorlu plakatlar tuturlar. Bütün dekorasiyanı, bəzək əşyalarını mərasimi təşkil edən şirkət təmin edir. Elə gəlinin əlinə cənnət bitkisi sayılan xınanı da mərasimin aparıcısı qoyur.

“Henna party” adı ilə müasirləşdirilən mərasimi təşkil edənlər, əsasən, sənətçilərdir. Məsələn, rəqqasə Fatimə kimi tanınan Fatimə Fətəliyeva, şairə Nazilə Səfərli, “Toppuş bacı” kimi məşhurlaşan əməkdar artist Tünzalə Əliyeva, xalq artisti Fatma Mahmudova və qızı, müğənni Xatirə İslamXuraman Şuşalı bu el adətini özlərinə uğurlu biznes vasitəsinə çevirə biliblər.

İlgili resim

Gənc qızlar rəqqasə Fatimənin tərtibatçılığı ilə xınayaxdı təşkil etmək istəyirlərsə, ən azı 2 min Azərbaycan manatını gözdən çıxarmalıdırlar. Üstəlik “minimal” qiymətli paketdə Fatimənin iştirak müddəti də minumumdur. Yəni, bütün mərasimi onun işçiləri idarə edir, sonda Fatimə gəlib, qızın əlinə xına qoyur, mahnı ifa edib, oynayıb məclisi tərk edərək, başqa bir tədbirə yollanır. Bütün məclisin Fatimənin özü tərəfindən idarə edilməsi isə daha baha başa gəlir.

nazilə səfərli xına ile ilgili görsel sonucu

Xatirə İslamın studiyasi tərəfindən həyata keçirilən məclisdə də, xidmət artdıqca qiymət də yüksəlir. 30-35 dəqiqəlik tədbir 300 manata, 1 saatlıq isə 700 manatadır.

Aparıcı Elgiz Əkbərin “Xınayaxdıların kraliçası” adlandırdığı, xalq artisti Fatimə Mahmudova öz qızı ilə birlikdə bu el adətini həyata keçirmək üçün 2500 manata qədər qiymət deyir. Ancaq onlar məclisi əvvəldən-axıra qədər toy kimi idarə edirlər.

Xuraman Şuşalı xına ile ilgili görsel sonucu

Bəziləri hətta bu “qadınlar məclisinin” təşkili üçün 6 min manata qədər pul xərcləyir. Bu qiymət dekorasiyanın zənginliyi ilə əlaqəlidir.

“Qadınlar məclisi” adı verilsə də, həmçinin, bəyin iştirakı da mümkündür. O da milli geyimdə öz nişanlısının yanında əyləşir, əlinə xına qoydurur.

Bəs “Henna party” adı ilə, bu cür pul tələsi tədbirin keçirilməsi, bəyin orada iştirakı nə qədər düzgündür?

Xuraman Şuşalı xına ile ilgili görsel sonucu

Əslində tarixən xınayaxdı mərasimi üçün xüsusi məkana ehtiyac duyulmayıb. Gəlinin qohumları və rəfiqələri bir otağa toplaşıb, oğlan evinin gətirdiyi xınanı əllərinə qoyublar. Bu qızların subaylığının son günü sayılır.

Qızlar əllərinə xına qoyarkən, oğlanlar da yerdə toplaşır və onlar da subaylığın son gününü özlərinə xas qeyd ediblər. Qızın əlinə xınanı isə bəxti gətirməmiş, həyat yoldaşından ayrılmış sənətçilər yox, el-obada nümunəvi ailəsi ilə seçilən, illərdir xoşbəxt yaşayan bir xanım qoymalıdır.

Hazırda belə mərasimlərdə çox səslənən türk dilindəki “Yüksek-yüksek tepelere ev kurmasınlar” mahnısı əvəzinə də qadınların bir ağızlar söylədiyi “Xinayaxdı”, “Əllərinə xına yaxanlar” mahnıları və bəstələri oxunub.

Ancaq milli adətlərimizi qorumaq adı ilə təşkil edilən mərasimlərdə el-obanın yanında hörmətli olmaq üçün israfçılığa yol verilir. Bu da yeni qurulan ailə daxilində xoşbəxtlikdən çox narazılığa gətirib çıxarır.

Təki yeni qurulan ailələr xoşbəxt olsun, əlavə xərc çəkməklə təşkil edilən nümayişkəranə məclislər sadəcə şadlanmaq üçün bir vasitə olsun.

Dəniz Kərimzadə

Minval.info

Ölkə

Nəşr edilib: 2018/06/05 14:30

Baxış: 1505


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06