Adil Əliyev vitse-spiker seçildi
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
Minval.info xəbər verir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) isə vitse-spiker seçilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


