Aeroport yolunda ağır qəza – 2 ölü, 6 yaralı+Foto
Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı “Kamaz” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.
BNA-nın məlumatına görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
***
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Mercedes Vito”da olan 8 nəfərdən 2-si vəfat edib. Digər 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.




XƏBƏR LENTİ
2025/11/19 14:22

