AFFA iki klubu cəzalandırdı
AFFA İntizam Komitəsi “Kəpəz” və “Keşlə” klublarını cəzalandırıb.
Minval.info-nun məlumatına görə, buna Gəncədə iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXII tur matçında baş verənlər səbəb olub. Oyunun 26-cı dəqiqəsində yerli azarkeşlər meydana kənar əşyalar atdıqları üçün “Kəpəz”ə 1600 manat cərimə kəsilib.
“Keşlə” isə 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.
Qeyd edək ki, “Kəpəz” – “Keşlə” görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

