AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib
AFFA İntizam Komitəsi I Divizionun XI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Minval.info Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, komitə MOİK və “Neftçi-2″ni 240 manat məbləğində cərimələyib. Buna səbəb komandalar arasındakı görüş başa çatdıqdan sonra qarşıdurmanın baş verməsidir.
Qurum “Qarabağ” klubuna da eyni məbləğdə cəza kəsib. “Qarabağ-2″nin “Zaqatala” ilə görüşdə geyimində nöqsanlar aşkar olunub və bu səbəbdən qarşılaşma 5 dəqiqə gec başlayıb.
Qeyd edək ki, “Neftçi-2” MOİK-i 2:1 hesabı ilə məğlub edib. “Qarabağ-2” – “Zaqatala” matçında isə qalib müəyyənləşməyib – 1:1.
XƏBƏR LENTİ
2025/11/19 14:22

