AFFA rəsmisi Ukrayna yığmasının oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan yeni təyinat alıb.
“Minval.info”un məlumatına görə, avstriyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsində D qrupunun Qazaxıstan – Ukrayna oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, sentyabrın 1-də Nur-Sultan şəhərindəki “Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

