Ağacların kəsilməsi nəzarətə götürüldü

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Minval.info-nun məlumatına görə xidmətin rəsmisi Vaqif Cavadov Yenicag.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.
O qeyd edib ki, araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub: “Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

