Ağdaşda “patı” əməliyyatı keçirildi: saxlanılan var

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, şəhər sakini Elvin Həsənovun üzərində psixotrop maddə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbir zamanı həmin şəxs saxlanılıb. Şəxsi axtarış zamanı ondan metafetamin ( “patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elvin Həsənov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

