Ağdaşda piyadanı maşın vurub öldürdü

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində Ağdaş rayonu Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

