Agentliyin 3 ildir həll edə bilmədiyi problem – “…məlumat veriləcək”

2015-ci ildə “I Avropa Oyunları” ərəfəsində Bakıya yeni avtobuslar gətirildi və bir çox marşrut xətti yenidən formalaşdırıldı.

Həmin dövrdə elan edilən bir çox “BakuBus” avtobusu xəttə buraxılsa da, siyahıda qeyd edilmiş 9, 10, 12 nömrəli avtobusların fəaliyyətə başlaması artıq 3 ildir ki, yubanır.

2016-cı ildə 9 nömrəli “BakuBus”ın xəttə buraxılacağı barədə məlumat yayılmışdı və qurumun keçmiş mətbuat katibi Nuridə Allahyarova xəbərləri təsdiqləmişdi.

Nə üçün siyahıda qeyd edilmiş bəzi marşrut xətləri açılmadı? Minval.info-nun əməkdaşı “BakuBus” MMC ilə əlaqə saxlayıb.  Qurumdan bildiriblər ki, məsələ ilə bağlı bütün məqamlar, eləcə də, yeni “BakuBus”ların istifadəyə verilməsini və hansı yollarla hərəkət etməsini Bakı Nəqliyyat Agentliyi təyin edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib ki, bu siyahı BNA fəaliyyətə başlayana qədər yayılan məlumatdır: “Onu deyə bilərəm ki, hər hansı bir yeni marşrut xəttinin təşkili qanunvericiliyin tələbinə uyğun olaraq müsabiqə yolu ilə olur. Hazırda 19 nömrəli marşrut xətti ilə bağlı belə bir müsabiqə elan edilib. Əlavə müsabiqə olarsa, bununla bağlı da məlumat veriləcək”.

Qeyd edək ki, 9 nömrəli marşrut avtobusunun Nəriman Nərimanov metro stansiyası – “Caspian Mall”; 10 nömrəli Nəriman Nərimanov metro stansiyası – Azneft dairəsi; 12 nömrəli avtobusun isə 20 Yanvar metro stansiyası – 20 Sahəsi istiqamətində hərəkət etməsi nəzərdə tutulmuşdu. Bu marşrut xətlərinin açılmama səbəbini öyrənə bilməsək də, heç vaxt açılmayacağını anlamaq mümkündür.

Dəniz

Minval.info

Sosial, Vacib

Nəşr edilib: 2018/06/09 16:34

Baxış: 259


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06