“Ağılsızlıqdan” – Saxta pulla qoyun aldı, saxlanıldı – VİDEO – FOTO
Agsu rayonunun Ağarx kənd sakini İlyas Musayev heyvan bazarında tanımadığı şəxsə 600 manat müqabilində 5 baş qoyun satıb.
ARB TV xəbər verir ki, sonradan həmin pulun saxta olduğunu müəyyən edib və dərhal Ağsu rayon Polis Şöbəsinə məlumat verib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində saxta pulla qoyun alan 46 yaşlı şəxs Sumqayıtda saxlanılaraq Ağsuya aparılıb. Bəhruz Nəcəfov ifadəsində saxta əskinasları Rusiya vətəndaşından aldığını deyib.
Bəhruz Nəcəfov- Saxlanılan şəxs: “Taksi sürdüyüm zaman Dağıstana gedirdim. O zaman verdi, mən də götürüb evə atdım. Bazardan da qoyun alıb, satdım. Saxta pulu ağılsızlıqdan aldım”.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


