Ağır əməliyyatdan çıxan tanınmış teleaparıcı: “Köməyə ehtiyacım var” – FOTOLAR

Onkoloji xəstəlikdən əziyyət çəkən və bir müddət öncə əməliyyat olunan aparıcı Tahirə Məmmədqızı hazırda müalicə olunur.

Musavat.com-un əməkdaşı, müğənni Şəbnəm Tovuzlu ilə birlikdə aparıcıya evində baş çəkib və səhhəti ilə maraqlanıb.

T.Məmmədqızı hazırda müalicəsinin davam etdiyini deyib: “Öncə məni əməliyyat edən Tibb Universitetinin müəllimi, Cərrahiyyə Şöbəsinin həkimi Elmar Əzimova və şöbənin əməkdaşlarına təşəkkür edirəm. Onların səyi nəticəsində mən həyatda qaldım. Ağrılarım olurdu, sadəcə başım oğlumun əsgərliyinə qarışdığı üçün özümü ikinci plana atdım. Sonra ağrılarım dözülməz oldu, həkimə getdim, dedilər 3-4 gün gec gəlsəydin, artıq həyatda yox idim. Allah məni oğluma bağışladı. Hazırda müalicə olunuram. Əməliyyatdan sonra 4-5 dəfə halım pisləşib, təcili yardımın köməkliyi ilə yaxşılaşmışam. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Aparıcı çətin günlərdə yanında olan və olmayan dostlarından da bəhs edib: “İnsan çətin gündə dostu-düşməni tanıyır. Əvvəllər hamıya kömək edirdim, hər çətinliyində yanında olurdum. Bu günlərdə isə hər kəsi yaxşı tanıdım. Yanımda olan, mənə maddi və mənəvi dəstək göstərənlərə minnətdaram. 20 ildir ki, jurnalistikadayam, şou verilişlərinin aparıcısı, mədəniyyət yazarı olmuşam. Geniş bir çevrəm var, ya da elə düşünürdüm. Yüzlərlə müğənninin əlindən tutmuşam, dəstək olmuşam, mətbuat konfranslarında hər kəs onları təkləyəndə aranı yumşaldıb, müğənnini vəziyyətdən çıxarmışam. İlk addımlarını atanlara hər zaman köməyim dəyib. Amma onlar məni artıq unudub. Nəinki, qapımı döydülər, bir telefon zəngi edib, səhhətimlə maraqlanmadılar. Halbuki, yeni mahnıları olanda ilk zəng edib, məndən xahiş edirdilər ki, yayımlayım. Tək qadınam, hazırda çalışmıram, maddi köməyə ehtiyacım var. Bunu heç kimdən gizlətmirəm. Bu çətin günlərdə yanımda olan hər kəsə minnətdaram”.

Media

Nəşr edilib: 2019/03/27 17:17

Baxış: 639


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06