Ağır uşaqlığı onu cəllada çevirdi: Minlərlə insanın qətliamı… – Stalinin DƏHŞƏTLƏRİ
Josef Besarion oğlu Yuqaşvili 18 dekabr 1878-ci ildə Gürcüstanın Qori şəhərində anadan olub. Əyyaş olan atası tərəfində şiddət görərək böyüyən Josefin uşaqlığını yaxşı keçirməməyi sərt qəddar xarakterini formalaşdırıb.
Gənclik illərində, əvvəllər dini məktəb olaraq keşiş olmaq istəyərkən sonralar ateist olub. Rusiyaya köçdükdən və Leninin fəhlə komunist partiyasına qoşulduqdan sonra Josef tarixdə ən güclü və qorxulu lideri olmaq yolunda ilk addımlarını atıb.
1910-1912-ci illərdə adını dəyişdirib. Növbəti illərdə lüğətlərə diktator sözünün sinonimi keçəcək adını götürüb. Yeni adı Josef Stalin idi.
Stalin tarixin gördüyü ən güclü diktatorlardan biri olub. SSRİ-nin vahid lideri, propaqanda və liderlikdə usta idi. Əvvəllər sıravi üzv olduğu komunist partiyasında, 1922-ci ildə partiyanın baş katibi vəzifəsinə qədər qalxıb.
1924-cü il Vladimir İliç Leninin ölümündən sonra, Josef Stalin 5 mart 1953-cü ilə qədər SSRİ-nin vahid lideri oldu. Onun idarəçiliyi altında SSRİ həm iqtisadi, həm də hərbi sahədə düyanın ən böyük gücünə çevrildi. Stalin hakimiyyəti ələ keçirdiyi gündən düşmənlərini edam və sürgünlər vasitəsilə aradan götürüb.
50 milyondan çox insanı öldürülməsi onun adı ilə bağlıdır. Terror iqtidarı quraraq, gizli polisin səlahiyyətlərini artıraraq və “Böyük Təmizləmə” planı ilə ölkədəki siyasi təzyiqləri artırıb.
Xarici razılaşmalarda da öz əksini tapan Stalin rejimi, 1939-cu ildə Molotov-Ribbentrop paktı ilə Almaniya ilə münasibətləri tənzimləyib. Bununla belə, SSRİ təhlükəsiz bölgə təşkil etmək üçün Polşa, Rumıniya, Litva, Estoniya, Finlandiya ve Latviyanı işğal edib.
1941-ci ildə Nazi Almaniyası razılaşmanı pozaraq SSRİ-yə hücum etdi. Stalin Qızıl Ordu ilə almanlara yol açaraq mütləq məğlubiyyətə sürükləyib.
İkinci Dünya müharibəsindən sonra soyuq müharibəyə başlayan Stalin ABŞ və Birləşmiş Krallıqla münasibətləri gərgin müstəvidə saxlayıb.
Qəddarlığını doğma oğlu Yakovun nazi gücləri tərəfindən ələ keçirildikdən sonra da göstərən Stalin, qələbədən sonra həbsxanada ölən oğlunu çürüməyə tərk edib.
Josef Stalin keçmiş diktatorların səciyyəvi fəaliyyətlərini təkrar edərək məqsədinə nail olmağa cəhd göstərib. Öz adına şəhərə ad vermək, əmri ilə bütün kitabları təhrif etmək, adına milli marşlar yazdırmaq, medianı tamamilə ələ keçirmək ilə “Qibtə ediləcək Lider” statusunu almağa nail olub.
Lakin Stalin paranoya dərəcəsində ölümdən qorxurdu və bir çox diktatorlar kimi o da suiqəsdlərdən qorunmaq üçün dublyorlardan istifadə edirdi.
Bu dublyorlar çox vaxt Stalini əvəz edib. Onun istifadə etdiyi iki əsas dublyor olub.
İllərlə eynilə Stalin kimi danışan, saçları və bığı onun kimi kəsilmiş dublyorlar “böyük lideri” əvəz edib. Təsdiqlənən ilk oxşar, Stalinə oxşadığı öyrənildikdən sonra KQB tərəfindən işə alınan Rəşid adında bir adam idi.
Propaqanda filmlərində Stalinin rolunu oynayan Rəşidə 2 il təlim keçirilib. Rəşid, Stalinin daha vacib işləri olan zaman media tədbirlərində Stalinin adından iştirak edib. Moskva yaxınlığındakı iqamətgahda bir çox dublyorların olduğuna dair iddialar var.
Təsdiqlənən ikinci dublyor, 2008-ci ildə indiki Rusiya hökümətindən icazə aldıqdan sonra öz hekayəsini açıqlayıb. Onun adı Feliks Dadaevdir. O danışana qədər yaşayan heç kim onun hekayəsini bilməyib.
Feliks İkinci Dünya Müharibəsində əsgər olaraq xidmət göstərib və ölümcül yaralanaraq hospitala köçürülüb. Sonrasında NKVD (KQB-nin qurumu) tərəfindən başqa göstərişlər verildi. Feliksin öldü xəbəri elan edilərək Kremlə göndərildi. Ailəsinə müharibədə öldü xəbəri verildikdən sonra hekayəsi başlayıb.
Dağıstanda dünyaya gələn janqlyor və rəqqas hadisələrdən sonra necə lider kimi davaranacağını öyrənirdi. Stalin şəxsən təlimlərini izləyirdi, aralarında 40 yaş fərq olmasına baxmayaraq, Feliks hələ də lider kimi görünürdü.
Üzündəki makiyajı ilə əsl tiran kimi geyinən Dadayev, Rusiyanın hər yerində iclaslarda iştirak edib. Hətta konfrans üçün Yaltaya səyahət edən Dadayev, media ilə səfəri ictimaiyyətə açıq edib. Gerçək Stalin isə təhlükəsiz şəkildə Yaltaya gizli səfər edib.
Dadayevin dediyinə görə, onunla Stalin arasındakı tək fərqliliyi qulağı olub.
Diktatorun qulaqları daha böyük idi. Dadaev öz rolunda çox yaxşı idi, hətta Stalinin ən yaxın dostları belə tanıya bilməyiblər.
Digər fərq isə onun səsi idi, ama yenə də heç kim fərqinə vara bilməyib. Feliks Dadaev sirrini həyatı üçün qorxaraq 88 yaşına qədər qorudu. O, KQB-dən və hətta Stalinin ruhundan qorxduğunu deyib. Dadayev hekayəni açıqladıqda, KQB hekayəni təsdiqlədi.
Dadayev öz avtobioqrafiyasını icazə aldıqdan sonra tamamlayıb.
Feliks Dadayevin hekayəsi bir çox nəzəriyyələri təsdiqlədi.
Adolf Hitlerin də bir neçə oxşarının olduğu deyilib. Bunlardan biri olan Qustav Veler, gerçək diktatorun öldüyünə əmin olmaq üçün əsl Hitler öldükdən sonra öldürülüb. Digər dublyorların cəsədləri isə iqamətgahda tapılıb. Orada olan bütün “Hitler”lərin dublyor olduğunu əsl Hitlerin qaçdığını iddia edənlər var.
Emil Nəcəfli

