Ağstafada 38 yaşlı kişini ilan sancıb

Qazax sakinini Ağstafa rayonunda ilan sancıb, vəziyyəti orta-ağırdır.
Minval.info xəbər verir ki, Ağstafa rayon Ceyrançöl ərazisində Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Amil İbrahimovu ayağından ilan sancıb.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
A. İbrahimovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

