Ağstafada əl qumbarası tapıldı
ANAMA tapılan sursatı zərərsizləşdirdi
Ağstafa rayonunun Həsənsu kəndi ərazisində eyni adlı çayın sağ sahilində 1 ədəd PQ-7 iki ədəd, iki ədəd fitili çəkilmiş F1 əl qumbarası aşkarlanıb.
Minval.İnfo-nun bölgə müxbirinin verdiyi məlumata görə, ANAMA-nın əməkdaşları dərhal əraziyə səfərbər olunub. Tapılan sursatlar istifadəyə yararlı olduğundan daşınması mümkün olmayıb. Mütəxəssislərin rəyindən sonra tapılan sursatlar yerindəcə partladılıb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22








