Ağstafada silah-sursat tapılıb – FOTOLAR
Ağstafada xeyli sayda silah-sursat tapılıb.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Saloğlu qəsəbəsi ərazisində 1 ədəd mərmi alışdırıcısı, 6 ədəd “NQO”, 1 ədəd “F-1”, 1 ədəd “RQD”, 8 ədəd “RQO-5” markalı qumbara, 1 ədəd raket mərmisi, 1 ədəd 240 mm. gücləndirici və 1 ədəd tüstü şaşkası tapılıb.
Götürülən silah-sursat aidiyyatı üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22






