Ağstafada vəzifəli şəxsi maşın vurub – FOTOLAR
Yolu keçmək istəyən piyadanı “OKA” markalı avtomobil vurub.
Minval.İnfo-ya bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ağstafa şəhərində baş verib.
Nəticədə ağır bədən xəsarətləri alan rayon sakini, 1975-ci il təvəllüdlü Musayev Sabit Sabir oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.Onu Gəncə şəhər xəstəxanasına təxliyyə ediblər. S. Musayev Ağstafa rayon Dövlət Notariat Kontorunda dövlət notariusu vəzifəsini icra edir. Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
2025/11/19 14:22

