Ağsuda yük maşını kanala aşdı, sürücü öldü – FOTOLAR-VİDEO

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu saatlarda Ağsu-Kürdəmir yolunda, Ağsunun Ərəbmehdibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan yük avtomobili yoldan çıxaraq kanala aşıb, nəticədə sürücü hadisə yerində ölüb.
Ölən sürücü Ramana qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü Kəlbəcər sakini Mamedov Mübariz Ağa oğludur.
Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
2025/11/19 14:22

