Avropa İttifaqından İrana jest
Avropa İttifaqı (Aİ) avqustun 7-dən etibarən ABŞ-ın İrana qarşı sanksiyalarının fəaliyyətini bloka almağa başlayacaq.
Minval.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının nümayəndəsi Mina Andreyeva deyib.
Brüsseldə bu addımı Tehranla biznes aparan Avropa şirkətlərini qorumaq arzusu ilə izah ediblər. Aİ-nin üzv ölkələrinin XİN rəhbərləri iyulda “Bloklayan status”a düzəlişləri qəbul ediblər. Düzəlişlər ABŞ-ın Tehrana qarı sanksiyalarını Avropa ərazisində etibarsız sayır. Bundan başqa “bloklayan qətnamə” Aİ-də yerləşən şirkətlərə İranla işgüzar əlaqələri pozmağı qadağan edəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

