Aida anidən AzTV-dən getdi
Aktrisa Aida Cəbiyeva aparıcılıq etdiyi Azərbaycan Televiziyasından ayrılıb.
OLAY-ın əldə etdiyi məlumata görə, kanalda “Telesəhər” proqramının aparıcısı olan sənətçi işindən anidən getmək qərarı verib.
Qeyd edək ki, bir müddət öncə Aidanın 200 minlik instaqram hesabına kiberhücum olduğu üçün bağladığı iddia edilirdi.
Lakin digər iddia isə onun şəxsi həyatındakı dəyişiklik ilə bağlı idi. Belə ki, Aidanın dostlarından uzaqlaşması, hətta nömrəsini dəyişməsi bu barədə söz-söhbətləri artırmağa başlayıb.
Deyilənə görə, Cəbiyeva ailə qurmağa hazırlaşır. O, bu səbəbdən də qapalı həyat yaşamağa üstünlük verib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

