Alen Delon, Küçük Əmrah, Burak Özçivit və əbədi fanatlar ordusu

O vaxt (19 il qabaq) Əmrah gələndə də belə olmuşdu. O zamanın gənc qızları onu görcək zalda dəlicəsinə çığırışmışdılar, səhnəyə çıxıb onu öpmək təşəbbüsü göstərmişdilər. Basabas yaranmışdı. Bayılanlar olmuşdu. Ruhi həyəcan, fanat çılğınlığı ərşdə-gürşdəydi.

Əmrah kim idi, bilirsinizmi? Kiçik yaşlarından yanıqlı səs və avazla oxuya-oxuya filmlərə çəkilən, Küçük (Kiçik) Əmrah adıyla tanınan bir müğənni-aktyor. Elə siz deyən müdhiş oxumağı da yox idi, sadəcə, bir populyar mahnısı vardı, deyirdi, “götür məni getdiyin yerə”.

Bu şarkı o dövrün sevən gənclərinin himni kimi bir şey olmuşdu, söz-sözü gətirən kimi, sevənlərdən biri deyirdi ki, götür məni getdiyin yerə. Allah bilir, nə qədər qız sırf bu mahnının təsiri altına qoşulub qaçdı, nə qədər oğlan da ona “götür məni getdiyin yerə” deyən qızın qabağında üzə düşüb qızı kəndlərinə apardı.

Bax, o Əmrah dönüb-dolaşıb Bakıya gələndə artıq Küçük Əmrah deyildi, yekəlib yekə kişi olmuşdu, amma gənc qızların sevimlisi olaraq qalırdı. Bizimkilər də qıraqdan gələn artistlərə daha meylli olduqlarından Bakıda elə bir hadisə yaşanmışdı. Belə baxanda Əmrah heç Anar Nağılbazdan istedadlı, populyar və yaraşıqlı deyildi, amma qırğın-qiyamət məhz Əmrahın üstündə düşmüşdü.

İndi hanı o Əmrah? Saç-saqqalı çallaşmış orta yaşlı bir kişidir. Abiləri kimi saçına rəng də qoymur ki, bir az cavan görsənsin. Üstəlik, heç öz əkdiyinə (hansısa konsert turnesində fanat qızlardan biri onun otel otağına soxula bilibmiş) də yiyə durmur, doğma oğlunu qəbul etmir ki, birdən gədə onun sərvətindən pay istəyər.

Belə bir adamdan ötrü özünü lezvalamağa dəyərdimi? Dəyməzdi. Amma edirdilər. Söz yox, o vaxt elə edən qızların çoxu indi xaladır, bibidir, oğul-uşaq yiyəsidirlər, bəlkə də indi Əmrahın çəkildiyi seriallara da baxmırlar və baxsalar da “bu zəhləmgetmiş də heç yaxşı rol oynaya bilmir” deyirlər.
Yəni Əmrahın də vaxtı keçib, ondan ötrü çığırışan qızların da.

İndi Burak Ozçivit, Murad Boz, Kıvanç Tatlıtuğ dəbdədir. İndi də qızlar onlardan ötrü çığırışırlar, yaxınlaşıb, qucaqlaşıb şəkil çəkdirmək istəyirlər, bu alınmayanda kütləvi şəkildə selfi çəkdirirlər.

Bir bizdə deyil. Dünyanın hər tərəfində belədir. Sağlığında Maykl Ceksonun 18 milyon fanatı vardı, 15 milyonu qadın xeylağıydı. Onu görəndə qulun kimi çığırışırdılar.

Hanı Alen Delon? Qoca kişidir, gendən səfil-sərgərdana oxşayır. Amma 50 il qabaq planetdəki qadınların ən sevimli kişisiydi. Ondan ötrü də kütləvi çığırışma vardı. Ya Tom Kruz, ya Tarik Akan, ya Leonardo di Kaprio.

Söz yox, bu adamlar yaraşıqlı idilər, ona görə də fanatları çox idi. Amma elə məşhurlar da var ki, santexnik olsalar, onları bəyənib gedən olmazdı, subay qalardılar, amma məşhur sənətçidirlər deyə, gündə bir top-modellə evlənirlər.
Şöhrət və sərvət elə şeydir, adamı sevimli edir.

Düzü belədir ki, gənc oğlanlar da məşhur və gözəl sənətçi xanımları sevirlər, yeri gələndə onlardan ötrü bağırışırlar. Amma bu, qızlarda olduğu qədər kütləvi və effektiv olmur. Oğlanlar öz hisslərini bir az cilovlayırlar, tormozlayırlar, “kənardan baxan nə deyər” deyə abır-həya edirlər, necə deyərlər, göz yaşları qəlblərinə axır. Heç bayılanlar da olmur. Amma bir az qızışdıran, bir-iki baş da “ot” verən olsa, ulduz sənətçidən ötrü damarlarını kəsən 3-4 gənc tapılar.

Elə çıxa bilər ki, guya bütün bunlar normaldır, olan şeydir, hər yerdə var-zad. Xeyr, normal deyil. Harda varsa, elə orda da anormaldır. Adi bir insandan ötrü bu cür kütləvi bayılmalara ehtiyac yoxdur. Kimdirlər, nəçidirlər ki? Nə olsun ki, televizorda çox görünürlər. Onlar da adi insandır, yeyir-içir, gəzir, cütləşir, təntiyəndə gedib unitazda da oturur, haşa üzünüzdən, qaz da buraxırlar.

Bu baxımdan Burakdan ötrü də kütləvi psixoz yaşamağa dəyməz. Üstəlik, adamın özünün dünya gözəli sevgilisi də var, bir də üstəlik, o sevgili milyonlarla oğlanın pərəstiş etdiyi bir məşhur xanımdır. Türkün sözü, burakın gedib öz civildəşmələrində olsunlar.

 

Yazarlar

Nəşr edilib: 2017/12/02 9:40

Baxış: 329


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06