Ali Sunal və azərbaycanlı sevgilisi bu gün evlənir
Kemal Sunalın oğlu Ali Sunal uzun müddətdir birlikdə olduğu azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə evlənir.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, cütlüyün toyu bu gün otellərdən birində olacaq.
Toya bir çox məşhur sima da dəvətlidir. Ali və Nazlı toydan sonra “Fenerbahçe” səmtində yerləşən 5 milyonluq evində yaşayacaq.
Qeyd edək ki, Ali Sunal 2012-ci ildə aktrisa Gökçe Bahadır ilə evlənmişdi, lakin bu evlilik sadəcə 6 ay davam etmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

