Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir

Sınaq imtahanına qeydiyyat 9 dekabr saat 23:59-dək aparılacaqdır.
Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test
tapşırıqları təqdim olunacaq.
Sınaq imtahanına qeydiyyat 9 dekabr saat 23:59-dək aparılacaqdır.
İmtahanlar dekabrın 19-da Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə,
Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz,
Lənkəran şəhərlərində təşkil olunacaq.
Dekabrın 26-da keçiriləcək coğrafiya
fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə,
Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.
İmtahanda iştirak etmək üçün DİM-in saytında yerləşdirilən qeydiyyat
linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə
sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır.
Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin
məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir
və “Qeydə al” düyməsi basılır.
Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.
Minval.info

