“Alma yeyəndə qabağımda tüpürdü”- 55 yaşlı kişi adam bıçaqlayıb
Qubada ədavətli olduğu həmkəndlisini çayxanada bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, qəsdən sağlamlığa ağır zərər vurmaqda suçlanan 55 yaşlı Rauf Muradov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. İstintaq orqanının təqdimatı ilə Quba Rayon Məhkəməsi R.Muradov barəsindəki həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Məlumata görə, Quba rayonunun Birinci Nügədi kənd sakini R.Muradov həmkəndlisi Nəbi Şərifovu bıçaqlayıb.
Rauf Muradov dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.
“8 ay bundan qabaq Nəbi ilə münaqişəmiz olmuşdu. Dünən yola çıxanda alma soya-soya gəlirdim. Qabağımdan keçəndə tüpürdü. Girdim çayxanaya, gördüm bu da girib oturdu. Uşaqlar nərd oynayırdılar. Mən də gəldim əlimdəki bıçaqla vurdum. Keçən ilki söhbətə qədər bizim aramızda konflikt olmayıb. Bu yatıb çıxandır, özünü bir az çəkirdi. Mənim onunla ədavətim olmayıb. Onun mən alma yeyəndə qabağımda tüpürüb getməyi mənə pis təsir elədi”– deyə R.Muradov ilkin ifadəsində bildirib.

