Alman ekspertlərdən iddia: “Neft tezliklə bitəcək, enerji böhranı yaranacaq”

Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatına görə, artıq növbəti on ildən başlayaraq dünya yeni neft böhranı ilə üzləşə bilər.

Agentliyin göstəricilərinə əsasən, əgər neft sənayesi yeni yataqlara sərmayələr qoymasa, ABŞ isə frekinq yolu ilə neft hasilatını artırmasa (frekinq karbohidrogen hasilatı zamanı hidravlik qırılma metodudur) böhran qaçılmaz olacaq.

Almaniyanın “Frankfurter Rundschau” qəzetinin məlumatına görə, bu yaxınlarda Beynəlxalq Energetika Agentliyinə təqdim olunan “Dünya energetika proqnozu” haqqında sənəddə yeni sərmayələrin olmadığı təqdirdə, yaxın gələcəkdə neft emalının iki dəfə azalacağı qeyd edilib. Hazırda günlük 92 milyon barrel olan neft hasilatının isə ildə 6 milyon barrel azaldılacağı vurğulanıb.

“Yeni neft yataqlarına qoyulan investisiyaların istehsal həcmi azalan köhnələrin yerini tutacağı isə sual altındadır. “Neft və qaz zirvəsinin araşdırılması üzrə assosiasiya”nın (ASPO) alman ekspertlərinin bildirdiyinə əsasən, 2000-ci illərin başlanğıcından bu yana qoyulan böyük miqdarda sərmayələr hələ iri neft yataqlarının kəşf olunmasına gətirib çıxara bilməyib”, – deyə jurnalist Yoahim Ville yazır.

Müəllifin qeyd etdiyinə görə, yeni yataqlardan əldə olunan neft ardıcıl olaraq azalmaqda davam edir. Bunun yerinə isə hidravlik parçalama, yəni frekinq üsulundan istifadə edilib, dərin qazma işləri aparılaraq böyük miqdarda təbii qaz və neft çıxarılmasına başlanılıb.

Lakin ABŞ-da başlanılan bu metodun nə qədər fəaliyyət göstərəcəyi hələ bilinmir.

ASPO-nun eksperti Yorn Şvartsın fikrincə, ənənəvi üsulla çıxarılan neftin hasilatı o dərəcədə azalıb ki, onu başqa yollarla eyni həcmdə əvəz etmək mümkün deyil. Almaniyanın “Neft emalı sənayesi müəssisələri birliyi”ndən isə daha optimist rəy gəlib. Qurumun rəyinə görə, dünyada neft kifayət qədərdir və neft erasının sonu hələ görünmür.

İqtisadiyyat

Nəşr edilib: 2018/11/23 18:28

Baxış: 495


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06