”Alman tankı” öz karyerasını sonlandırdı
Dünya şöhrətli futbolçu Bastian Şvaynştayger futbol karyerasını bitirib.
Ulduz futbolçu “Bavariya” – “Çikaqo” matçından sonra futbolsevərlər və yaşıl meydanlarla vidalaşıb.
Minval.info xəbər verir ki, Bastian Şvaynştayger vida matçında ”Bavariya”-nın ”Çikaqo Fayr” üzərində 4-0 hesablı qalibiyyətində qola da imza atıb.
13 yaşından “Bayer”-nin heyətində tər tökən ulduz, 500 matça çıxıb 68 qola və 100 asistə imza atıb. Bu müddət ərzində 8 liqa, 7 Almaniya və 1 Çempionlar Liqası kuboku qazanıb. 2016-cı ildə vida etdiyi Almaniya Millisində 121 oyunda forma geyinib.
Yaşadığı uzunmüddətli zədələrdən sonra karyerasında eniş yaşayan “alman tankı” karyerasının sonlarına doğru “Mançester Yunayted” və “Çikaqo Fayr”-da forma geyinib.
Vüqar
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

