Almaniyada təhlükəli ştama yoluxanların sayı artıb
Almaniyanın Hessen federal əyalətində koronavirusun yeni “omikron” ştamına 4 yoluxma halı müəyyən edilib.
Minval.info xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Yoluxanların hamısı hazırda karantinə salınıb.
Onların hansı ölkədən gəldiyi araşdırılır.
Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.
Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

