Almaniyanın koronavirus peyvəndi kliniki testlərdən keçdi
Alman Federal Vaksinasiya İnstitutu koronavirusa qarşı peyvəndin kliniki testlərdən keçdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, peyvənd Almaniyanın “BioNTech” biotexnoloji şirkəti tərəfindən hazırlanıb.
İlk mərhələdə 18-55 yaş arası 200 sağlam insanda sınaqdan keçirilməsi planlaşdırılan vaksinə “BNT162” adı verilib.
Qeyd edək ki, “BNT162” peyvəndi dünyada ilk mərhələ olaraq klinik testlərdən uğurla keçən dördüncü peyvənddir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

