Efiri +18-ə çevirən Könül verilişdən uzaqlaşdırıldı, ziddiyyətli açıqlamalar – Nə baş verir? (VİDEO)
“Lider” telekanalında yayımlanan və haqlı tənqidlərə tuş gələn “Yarasa” verilişi ətrafında nə baş verir?
Proqramın aparıcısı Könül Yusifqızı milli.az-a açıqlamasında “Yarasa”nın bundan sonra efirə getməyəcəyi barədə açıqlama verib.
Aparıcı, aktrisa “Lider”in TV-də başqa bir verilişlə tamaşaçıların qarşısına çıxacağını qeyd edib. Lakin onun dediyi ilə telekanalın verdiyi açıqlama üst-üstə düşməyib.
Minval.info xəbər verir ki, Lider TV-dən də məsələyə münasibət bildirilib.
“Yarasa” verilişinin yayımının davam etdiyi qeyd olunub:
“Proqram bundan əvvəl həftədə 3 dəfə yayımlanırdısa, indi bir dəfə efirə çıxacaq. Amma verilişin aparıcısı Könül Yusifqızı olmayacaq”.
Qeyd edək ki, Könül Yusif qızının aparıcılığı ilə efirə gedən “Yarasa” şousunda qeyri-etik ifadələrə yol verilirdi. Bu səbəbdən veriliş və aktrisa tez-tez tənqid hədəfinə çevrilirdi. Sonuncu dəfə proqramdakı şey müzakirəsi və qoonaqlardan birinin “türkün məsəli gec qurtarıram” ifadəsini işlətməsi əndazəni aşdı. Bunu ilk dəfə minval.info saytı işıqlandırdı və haqlı olaraq tənqid etdi. Daha sonra istinadlı-istinadsız bu xəbər demək olar ki, bütün yerli mediada yer aldı. Tənqidlərdən sonra gecə saatlarında yayımlandığı üçün veriliş “+18” kimi təqdim olunmağa başladı. Lakin görünür, aparıcının bu davranışları qələminin qırılmağına səbəb oldu.
Minval.info
Həmçinin oxu: Efirdə biabırçılıq, qonaq mat qaldı: “Şey müzakirəsi… Türkün məsəli gec qurtarıram…” – VİDEO


